Avqustun 1-dən etibarən "Nar-CityNet" bütün limitsiz tariflərində internet sürətini 2 dəfəyə qədər artırıb.
Artıq abunəçilər eyni qiymətə daha sürətli internet xidmətindən yararlana biləcəklər. Əlavə olaraq, "Extreme-1" və "Maxima" trafikli tariflərdə internetin trafikinin həcmi 3 dəfədən çox artırıldı.
"Nar-CityNet" xidmətlərinə qoşulmuş bütün yeni abunəçilərə daha yüksək sürətlə yanaşı, bir ay pulsuz internet də təqdim olunur.
Bundan başqa, "Nar-CityNet"-in ADSL xidmətindən istifadə edən cari abunəçilər fiber-optik internet xidmətinə keçdikdə, hədiyyə olaraq ruter əldə edirlər. Pulsuz ruteri əldə etmək üçün abunəçilər sadəcə ilk iki ayın abunə haqqını öncədən ödəməlidirlər.
Hazırda "Nar-CityNet" Bakı və Abşeron yarımadası ərazisində FTTB (Fiber to the Building - Bina üçün fiber-optik) və ADSL (Asymmetric Digital Subscriber Line - Asimmetrik rəqəmsal abunəçi xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet, eləcə də rəqəmsal TV (50 HD kanal daxil olmaqla) xidmətlərini təklif edir.
"Nar-CityNet" haqqında ətraflı məlumat, qoşulma şərtləri, yeni kampaniyalar, şikayət və texniki dəstək üçün (012) 537 77 77 və *1177 nömrələri ilə əlaqə saxlamaq kifayətdir.
Məhsul və kampaniyalar haqqında ətraflı məlumatı həmçinin www.narcitynet.az saytından əldə etmək olar.