Noyabrın 15-16-da Nəqliyyat Nazirliyində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında “Tranzit Ticarət və Nəqliyyat üzrə Əməkdaşlıq haqqında Saziş” (Lapis Lazuli marşrutu) layihəsi ilə bağlı ekspertlərin növbəti görüşü keçirilib.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyindən bildirilib.
Layihənin cari vəziyyəti və bu istiqamətdə aparılan işlərin sürətləndirilməsi barədə fikir mübadiləsinin aparıldığı görüşdə Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyə nümayəndələri, Nəqliyyat Nazirliyinin müvafiq qurumları, eləcə də digər dövlət strukturları və təşkilatlarının nümayəndələri də iştirak ediblər.
U.A.
www.oxu.az