NIKOIL | Bank müştərilərin rahatlığını düşünərək Bakı-2017 İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bankın Bakı şəhəri, Puşkin küçəsi 30 ünvanında yerləşən valyuta mübadiləsi şöbəsi 12-22 may tarixləri arasında şənbə və bazar günləri daxil olmaqla şəhərimizin sakinləri və qonaqlarının xidmətində olacaq.
Valyuta mübadiləsi məntəqəsində həftənin 7 günü saat 9:00-dan 20:00-dək valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək mümkün olacaq.
NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.
Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:
https://www.facebook.com/bank.nikoil
E.Ə.
www.oxu.az