2013-cü ilin dövlət büdcəsindən qalan 960 408,1 min manat qalıq 2014-cü ilin büdcəsinə əlavə olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanunu təsdiq edilib.
Sənədə görə, ötən il dövlət büdcəsinin gəlirləri 19 496 329 min manat, xərclər isə 19 143 492 min manat məbləğində olub.
“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanuna görə, 2013-cü il dövlət büdcəsinin icrası nəticəsində büdcədə 352 837 min manat məbləğində artıqlıq (profisit) yaranıb.
Ötən ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan 960 408,1 min manat məbləğində qalıq 2014-cü il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.
Gülnarə Zeynalova
www.oxu.az