Avropa birjasında qazın qiyməti tarixi rekordunu yeniləyərək 1 000 kubmetr üçün 3 600 ABŞ dollarını ötüb.
Bunu Londondakı ICE birjasının məlumatları göstərir.
Ümumilikdə, qazın qiyməti ticarət başlayandan bəri 67%-dən çox artıb. Niderlandın TTF habında aprel fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 3 639,1 ABŞ dollarına və ya 1 MVt/saat üçün 322 avroya (cari avro/dollar məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə təqdim olunur) yüksəlib.
Mənbə: TASS
12:48
Avropa birjasında qazın qiyməti ardıcıl dördüncü gündür ki, tarixi rekordu yeniləyir və bugünkü ticarət zamanı 1000 kubmetr mavi yanacağın qiyməti 3000 dolları ötüb.
London ICE Fond Birjasının məlumatına görə, ümumilikdə qazın qiyməti ticarət başlayandan bəri 39 % artıb.
Niderlandın TTF mərkəzində aprel fyuçersləri bahalaşaraq, 1000 kubmetr qazın qiyməti 3017,5 dollara çatıb.
Mənbə: TASS