Türkiyə ilə Rusiya arasındakı pomidor böhranı növbəti ildən aradan qalxacaq.
Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç gələn il Türkiyədən azı 50 min ton pomidor idxalı planlaşdırıldığını deyib.
Rusiya ilə Türkiyə arasındakı siyasi böhrana qədər 350 min ton pomidor ixracı reallaşdırılırdı. 2015-ci ildə Türkiyə Rusiyaya 250 milyon dollar dəyərində pomidor ixrac edib.
L.Ə.