“Qazprom”un Aleksey Miller rəhbərlik etdiyi heyəti sabah Türkiyəyə səfər edəcək, səfər zamanı əsasən “Türk axını” qaz kəmər layihəsinin bərpası müzakirə ediləcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Qazprom”un idarə heyətinin sədr müavini Aleksandr Medvedev bildirib.
“Bizim münasibətlərimizin gündəmində Türkiyəyə səfərimiz planlaşdırılıb”, - bu barədə o, avqustun 31-də Millerin başçılıq etdiyi heyətin Türkiyəyə səfərinin planlaşdırıldığına dair suala cavab verərkən bildirib.
Səfər zamanı “Türk axını” layihəsinin bərpasına dair danışıqların gedəcəyinə dair sualın cavabında Medvedev deyib: “O cümlədən bu məsələ də gündəmdədir”.