Abşeron yarımadasında generasiya güclərindən ən önəmlisi olan “Şimal” ES-də yanvar ayında 210,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.
Bu barədə Oxu.Az-a “Azərenerji” ASC-dən məlumat verilib.
2014-cü ilin yanvar ayında stansiyada 208,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. Beləliklə, 2015-ci ilin yanvar ayında “Şimal” ES-də istehsal olunan elektrik enerjisinin həcmi 1,2% artıb.
“2014-cü il ərzində isə burada 1 milyard 881,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib”- deyə qurumun məlumatında deyilir.