“Günəşli” yatağındakı 6 saylı dərin dəniz özülündəki 70 nömrəli quyu aparılan geoloji tədbirlərdən sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Quyu Qirməki üstü Qumlu Lay Dəstəsindən sutkalıq 150 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
Gülnarə Zeynalova
www.oxu.az