Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü il üzrə neftin və qazın hasilatı, neft məhsullarının istehsalı ilə əlaqədar bütün proqnozlara, eləcə də şirkətin ixrac öhdəliklərinə əməl edib.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-ın Baş ofisində 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildiriblər.
Məlumata görə, SOCAR-ın ümumi aktivlərinin həcmi 1 iyul 2014-cü il tarixinə 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə artaraq, 24 milyard 442 milyon manata çatıb.
SOCAR 2014-cü ildə öz tarixində ilk dəfə olaraq büdcəyə rekord səviyyədə 1 milyard 825 milyon manat (2,3 milyard ABŞ dolları) həcmində ödəmələr (gəlir vergisi istisna olmaqla) edib.