Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şotlandiyanın nümayəndəsi: "Borclarımızın bir qismini qalıq yanacaq hasilatı yolu ilə ödəyirik"
"Ölkəmizdə iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlər böyük itki və ziyana gətirib çıxarır".
Bu sözləri Oxu.Az-a açıqlamasında Şotlandiya Beynəlxalq İnkişaf Alyansının nümayəndəsi Elayca Eliqqa deyib.
O, kənd təsərrüfatının yaşadığı regionun onurğa sütunu olduğunu vurğulayıb:
"Fəlakətlə qarşılaşanda, yağışlar artanda işlərimiz çətinləşir. Bəzən daşqınlar baş verir ki, bunlar da ərazidə sürüşmələrə səbəb olur. Nəticə etibarilə biz ərazilərimizi, əkin sahələrimizin məhv olduğunu görürük. Daşqınlar əmlaklarımıza ziyan vurur, yolları, evləri, məktəbləri su altında qoyur. Belə olan halda gənclərimiz artıq təhsil üçün təhlükəsiz bir mühitə sahib ola bilmirlər".
Elayca Eliqqanın bildirdiyinə görə, zərərlər və itkilər o qədər çox olur ki, insanların normal həyata qayıtması olduqca uzun zaman tələb edir:
"Bəzən də uzunmüddətli quraqlıqla üzləşirik. Kənd təsərrüfatı regionu olaraq bu da əkin sahələrimizin, məhsulların böyüməsinə təsir edir. Təsirlər gəlir mənbəyinə də xeyli ziyan vurur.
Biz bu problemləri səsləndiririk ki, insanlar, məsul şəxslər səsimizi duysunlar. İqlim maliyyəsi ilə biz iqlim davamlılıq layihələrinə sərmayə yatıra bilərik".
Nümayəndənin sözlərinə görə, 2015-ci ildə imzalanan Paris Sazişinə əsasən, təklif edilən maliyyənin böyük hissəsi ölkələrinə qrantlar deyil, kreditlər şəklində gəlir:
"Bu kreditlər onların donor iqtisadiyyatlarına fayda verir, çünki onlar faizlə gəlirlər. Mənim ölkəm isə dünyanın ən çox borcu olan ölkələrindən biridir. İqlim maliyyəsindən gələn maliyyəyə baxdıqda görürük ki, büdcənin yarısı məhz borclara yönəldilir. Bunun isə az bir hissəsi iqlimə davamlılıq layihələrinə yatırılır. Ümumiyyətlə kreditlər formasında gələn iqlim maliyyəsi bizim iqlim böhranını həll etməyə kömək etmədi. Bunun əksinə ekosistemlərimiz zərər görür. Bir neçə il əvvəl ölkəmizdə neft olduğunu kəşf etdilər. Paris Sazişinə əsasən çalışırıq ki, qalıq yanacaqlarını mərhələli şəkildə ləğv edək. Ancaq həm də görürük ki, biz bundan bütünlüklə imtina edə bilmərik. Borclarımızın bir qismini qalıq yanacaq hasilatı yolu ilə ödəyirik. Hasilat olmadan resurslarımız tükənir, iqtisadiyyatımız zəifləyir. İqlim böhranına səbəb olduğu üçün məsuliyyət daşıyan zəngin ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim borcunu, maliyyəsini ödəməyə başlaya bilərlər. COP29-da da irəli sürdüyümüz təklif budur. Biz buradan əldə edə biləcəyimiz maliyyə sayəsində iqlimə davamlılıq layihələrinə sərmayə yatıra biləcəyik".
O, Bakı barədə təəssüratlarını da bölüşüb:
"Bakıda olmaq çox yaxşı bir hissdir. Mən heç vaxt Şərqdə olmamışam. İlk dəfədir ki, buradayam. İnsanlar çox qonaqpərvər və qayğıkeşdirlər. Ona görə də burada özümü çox xoşbəxt və təhlükəsiz hiss edirəm".
Aygün Mirakif
"İqlim dəyişikliyi" teqi üzrə xəbərlər
- İqlim dəyişikliyi ilə bağlı alimlərdən XƏBƏRDARLIQ
- Bu günün bir vaxtlar söz-söhbət adlandırdığımız reallıqları
- "Modern Diplomacy"də Ceyhun Osmanlının COP29-un nəticələrinə dair məqaləsi yayımlandı
- Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
- COP29 ölkəmizin adını bütün dünyaya duyurdu - "Kaspi"nin TƏHLİLİ