Noyabrın 11-də Çində böyük həvəslə qeyd edilən “Subaylar günü”ndə tanınmış “Alibaba” şirkəti 25 milyard dollar dəyərində məhsul satışını həyata keçirib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hər il noyabrın 11-də Çində “Subaylar günü” qeyd edilir. Həmin gün bütün gün ərzində populyar mağazalarda alış-verişlə müşayiət edilir.
Bu il “Subaylar günü”ndə “Alibaba” şirkətinin əldə etdiyi gəlirləri ötənilki ilə müqayisədə 39 faiz artıb. Tanınmış internet şirkətinin nümayəndələrinin sözlərinə görə, serverin maksimal yüklənməsi anında bir saniyədə 256 min tranzaksiya emal edilib. İlk üç dəqiqə ərzində Çinin “Alibaba” şirkətinin ümumi satışlarının həcmi 1,5 milyard ABŞ dolları təşkil edib.
11 noyabr Çində ən populyar gündür. Ancaq “Alibaba” rəhbərliyi bu cür aksiyaları adi bayramdan daha böyük etmək niyyətindədir. Bir çox mütəxəssislərin fikrincə, bu cür ideyalar öz tərəfdaşlarını tapacaq və müəssisə külli miqdarda maliyyə qazana biləcək.
L.Ə.