Trans-Anadolu qaz kəməri (TANAP) böyük buraxma gücünə malik olacaq və Azərbaycan qazı ilə yanaşı, perspektivdə Türkmən qazı və digər ölkələrin qazı satıla bilər.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Metin Kılçı bildirib.
“TANAP-ın gücü zamanla boru kəməri ilə Azərbaycan qazı ilə yanaşı türkmən qazı, eləcə də digər ölkələrin qazını da transportasiya etməyə imkan verəcək. Biz bundan layihə uğurla başa çatdıqdan sonra əmin olacağıq”, - o deyib.
Trans-Anadolu qaz kəməri layihəsində Türkiyənin payının daha da artmasına gəldikdə isə, Kılçı qeyd edib ki, lazım gəldikdə layihənin genişləndirilməsi üçün müxtəlif variantlar nəzərdən keçirilə bilər. Nazir müavininin sözlərinə görə, Türkiyə Azərbaycanın qaz ehtiyatlarının emalında payının artmasında maraqlıdır.
TANAP layihəsi qazın “Şahdəniz” yatağından Türkiyə ərazisindən Avropa sərhədlərinə qədər çatdırılmasını nəzərdə tutur.
Kəmərin ilkin ötürmə gücü ildə 16 milyard kubmetrə bərabər olacaq. 6 milyard kubmetrə yaxın qaz Türkiyəyə, qalanı isə Avropaya çatdırılacaq. Gələcəkdə qaz kəməri 31 milyard kubmetrə çatdırılacaq.
TANAP layihəsinin aksionerləri 2014-cü ilin ikinci rübündə qaz kəmərinin təməlini qoymaq, 2018-ci ildə isə istismara verməyi planlaşdırıblar. TANAP layihəsi 10-11 milyard dollar dəyərində qiymətləndirilir (Trend).