Hazırda Türkiyə bir neçə enerji layihəsi həyata keçirir, lakin TANAP rəsmi Ankara üçün prioritetdir.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, rəsmi Ankara “Türk axını”nı da yüksək qiymətləndirir: “Lakin TANAP-a alternativ yoxdur. TANAP gələcəkdə nəinki Azərbaycan qazının Türkiyə və Avropaya, eləcə də, qazın Yaxın Şərqdən Avropaya nəql edilməsinə imkan verəcək”.
L.Ə.