Ankara ötən il Azərbaycana 3 ədəd 122 mm çaplı T-122 “Sakarya” reaktiv atəş sistemi ixrac edib. Bundan əlavə, Azərbaycana sözügedən artilleriya sistemlərində tətbiq olunan 1000 ədəd TR-122 (122 mm çaplı) raket satıb. Türkiyə 2013-cü ildə Azərbaycana reaktiv atəş sistemləri və raketlər satıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilib.
Qeyd edək ki, T-122 “Sakarya” reaktiv atəş sistemi və onun raketləri ROKETSAN şirkəti tərəfindən istehsal olunur. Bu raketlərin atış mənzili 40 km-dir. Bu isə Azərbaycan Ordusunun mövcud 9K51 “Qrad” qurğularında tətbiq olunan raketlərin atış məsafəsindən təxminən 2 dəfə çoxdur.