Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci ilin sonunda Ələt qəsəbəsində (Bakıdan 65 km aralıda) yerləşən yeni Beynəlxalq Dəniz Limanının istismara verilməsini planlaşdırır.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Onun sözlərinə görə, 2014-cü ilin avqust ayında yeni limanın bərə terminalını istismara vermək planlaşdırılıb.
Nazir müavini bildirib ki, Bakı Beynəlxalq Dəniz Limanının köçürülməsi 2015-ci ilin sonunda həyata keçiriləcək.
Xatırladaq ki, yeni dəniz limanının tikintisinə 2010-cu ildə başlanıb.
Liman il ərzində 11,6 milyon ton yük qəbul edə biləcək.
Güclü liman infrastrukturunun yaradılması, 2015-ci ildə istismara verilməsi planlaşdırılan, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin transportasiyasının təmin edilməsi nöqteyi-nəzərindən vacibdir. (Trend)