Bakıda 21 yaşlı oğlan polisə yalan məlumat verib.
Oxu.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Zaqatala rayon sakini Orxan Muxtarov paytaxtda işlədiyi “Topaz”da xeyli miqdarda pul uduzub.
Vəziyyətdən çıxış yolu axtarmaq istəyən Orxan yalana əl atıb. O, özünə xəsarət yetirərək, 102 xidmətinə zəng edib. Döyüldüyünü və üzərindən ona məxsus 1200 manat pulun oğurlandığını bildirib.
Polislər tərəfindən ifadəsi alınan Orxan Muxtarovun dediyi yalanın üstü açılıb.
Ona qarşı polisə yalan məlumat vermək maddəsi ilə cinayət işi başlanıb.
E.Ə.
www.oxu.az