Rusiyanın Krasnodar diyarında yerləşən məktəblərin birində silahlı insident baş verib.
Oxu.Az bununla bağlı "Kub Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Bildirilir ki, 9-cu sinif şagirdi pnevmatik silahdan məktəb yoldaşlarına atəş açıb.
İnsidenti törədən şəxs şəhər ərazisində saxlanılıb.
İlkin məlumatlara görə, silahlı hücum zamanı iki məktəbli xəsarət alıb.