Bu gün səhər saatlarında Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 110-cu kilometrliyində qeydə alınıb. “Daewoo” markalı avtomaşın yolun kənarında maneəyə çırpılıb.
Qəza nəticəsində avtomaşında olan sərnişin - 1965-ci il təvəllüdlü Ağayeva Sevil Ağa qızı dünyasını dəyişib. Onun qızı 17 yaşlı Fatimə isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
E.Ə.
www.oxu.az