Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Tağıyev 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü il aprelin 18-də Tovuz rayonu ərazisində baş verib. Rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyev aralarında yaranmış mübahisə nəticəsində tanışı, Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək, onu yandırıb. Qadın xəstəxanaya yerləşdirilsə də, aprelin 28-də orada ölüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Röyal Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Samir Əli