Rusiyalı Svetlana və Yuri Pantelenko cütlüyü Stefan adını verdikləri ayı ilə 23 ildir birlikdə yaşayırlar. Ayı ev işlərində onlara kömək edir, divanda uzanıb televiziya seyr edir.
Oxu.Az bu barədə Rusiya KİV-nə istinadla xəbər verir.
Cütlük 2,1 metr hündürlüyündə olan ayının onlara bağçada suvarma və ev işlərində kömək etdyini deyir. Stefan gündə orta hesabla 25 kiloqram təzə balıq, tərəvəz və yumurta ilə bəslənir.
Pantelenko cütlüyü ayılarının insansevər olduğunu söyləyir. Belə ki, Stefan sahiblərinə sarılaraq onlara sevgisini nümayiş etdirir. Svetlana “Stefanın ən sevdiyi şeylərdən biri bizə sarılaraq televiziya izləməkdir” deyir.
Bala ikən anasını itirən Stefanı ovçular meşədə tapanda heyvan çox pis bir vəziyyətdə imiş.
Stefanın əsəbi olmadığını bildirən cütlük ayının onlara heç zaman hücum edib dişləmədiyini söyləyir.
Aytən Sadıqzadə
www.oxu.az