Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin qeyri-qanuni sərnişindaşımaları ilə əlaqədar reyd keçirilib.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, yoxlamalar zamanı 100-dək nəqliyyat vasitəsinə baxış keçirilib. Reydin əsas məqsədi sərnişindaşıma xidməti ilə məşğul olan nəqliyyat vasitələrini texniki cəhətdən nasaz vəziyyətdə idarə edənləri aşkar etmək olub.
Reyd zamanı polis əməkdaşlarına tabe olmayan sürücülər də olub. Bir sürücü isə avtomobilinə 9 nəfər mindirib. Sürücü həmin sərnişinlərin nəvələri olduqlarını deyib.
Reyd zamanı tabesizlik göstərən 4 sürücü, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan 15 sürücü və digər pozuntulara görə 11 sürücü barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.
İ.N.