ABŞ-ın Alabama ştatında gözlənilmədən tornadoya düşən sürücü sağ qalmağı bacarıb.
“Daily Star” xəbər verir ki, amerikalı evə gedərkən hava birdən-birə pisləşməyə başlayıb.
Yağan yağış leysanla əvəzlənib, qabaqda isə tornadonun xortumu peyda olub. Sürücü ehtiyat edərək maşını saxladıqda isə avtomobilə ağacın qırılan budağı dəyib.