Bakının Sabunçu rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, aeroport şosesində 1974-cü il təvəllüdlü Əliyev Mahir Həsənağa oğlu idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən 1960-ci il təvəllüdlü Abdullayeva Bənövşə Nadir qızını vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sürücü M.Əliyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
A.M.