Xərçəng gizli inkişaf edən xəstəlikdir. İlk mərhələlərdə özünü, demək olar ki, heç bir simptomla büruzə vermir və ya bu simptomlar çox ümumi, az gözə çarpan olur.
Lakin xəstəliyin məhz ilk mərhələlərdə aşkar olunması olduqca vacibdir. Bu uğurlu müalicənin əsas şərtidir.
Ağciyər xərçəngi dünyada ən tez rast gəlinən xərçəng növlərindən biridir. İldən-ilə bütün dünyada bu xəstəliyin halları artır. Bu xəstəlik uzun müddət ərzində gizli inkişaf edir.
Oxu.Az saglamolun.az-a istinadla ağciyər xərçənginin 7 gizli simptomunu təqdim edirik:
- uzun müddət keçməyən öskürək, selikli və ya selikli-irinli bəlğəm;
- döş qəfəsində ağrılar;
- təngənəfəslik;
- səsin tutulması, xırıltılı olması;
- iş qabiliyyətinin azalması, “səbəbsiz” yorğunluq, zəiflik;
- hərarətin bir qədər qalxması;
- çəkinin “səbəbsiz” azalması.
Əgər siqaret çəkirsinizsə və sizdə bu simptomlar varsa, vaxt itirmədən həkimə müraciət edin.
A.S.
www.oxu.az