Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Alimlər Antarktika buz şelfinin altında qeyri-adi canlılar aşkar etdilər - FOTO/VİDEO
Böyük Britaniyadan olan elm adamları Antarktikada buz şelfinin altında dəniz dibində süngərə bənzəyən naməlum canlılar aşkar ediblər.
“İzvestiya”nın məlumatına görə, bu barədə “Frontiers in Marine Science” xəbər yayıb.
Canlılar Filxner Buz Şelfində kəşfiyyat qazma işləri zamanı tapılıb.
Whenever we think that we understand the natural world, a new datasets throws it into confusion! Great to work with @griffiths_huw, other @BAS_News and beyond on extreme life far beneath an Antarctic ice shelf:https://t.co/n2pbnSCSon pic.twitter.com/AyNqXevCYb
— Alix Post (@post_alix) February 15, 2021
Son tapıntıya qədər Antarktika sahillərində bentik həyat formalarının olmadığına inanılırdı.
Alimlər üzən buzlaqların altında tam qaranlıqda yaşayan balıq, qurd, meduza kimi canlılar tapa biləcəklərini düşünürlər.
“Bu müşahidələr, hansı orqanizm növlərinin gün işığından kənarda sağ qala biləcəyinə dair anlayışımıza meydan oxuyur”, - deyə məqalədə qeyd olunur.