Alma şirəsi ən populyar və sevilən şirələrdən biridir. Dadlı və ətirli alma şirəsi, həmçinin çox faydalı, müalicəvi məhsuldur.
Oxu.Az saglamolun.az-a istinadla alma şirəsinin faydalı xüsusiyyətlərini təqdim edir:
- orqanizmi toksinlər, şlaklar, ağır metalların duzları, sərbəst radikallardan təmizləyir;
- orqanizmin tonusunu qaldırır ki, insan özünü daha gümrah hiss edir;
- qanda xolesterinin səviyyəsini aşağı salır;
- damarları təmizləyir, möhkəmləndirir, daha elastik edir;
- ürəyi möhkəmləndirir;
- həzm prosesini yaxşılaşdırır və sürətləndirir;
- arıqlamağa kömək edir;
- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, təmizləyir;
- qanazlığı zamanı faydalıdır;
- sidik və ödqovucu təsirə malikdir;
- sinir sisteminə müsbət təsir edir, stressi azaldır;
- soyuqdəymənin profilaktik vasitəsidir.
Nəzərə almaq lazımdır ki, orqanik turşularla zəngin olan alma şirəsi qastrit və xora xəstəliyi zamanı ziyanlıdır.
Gün ərzində 1 stəkan təzə sıxılmış alma şirəsini içmək olar.
A.S.
www.oxu.az