Avtomobilin yük hissəsi ev quşları ilə doldurulub. Qazlardan birinin anidən yerə düşməsi isə digər yol hərəkət iştirakçıları üçün təhlükə yarada bilər.
Oxu.Az-ın "Xəzər" TV-yə istinadən məlumata görə, Göyçayda çəkildiyi bildirilən görüntülər təhlükədən xəbər verir.
Ekspert Azər Allahverənov bildirir ki, yolda bu şəkildə hərəkət faciəvi hadisələrə səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, ev quşları, eləcə də, ev heyvanları daşınarkən, qanunvericiliyinin tələblərinə riayət etmək vacibdir. Bunun üçün minimal tələblər yerinə yetirilməlidir.
Onu da qeyd edək ki, baş verən hadisə yükdaşıma qaydalarının pozulması kimi xarakterizə olunur və 40 manat məbləğində cərimə tətbiq olunur.
A.M.