Bu ilin yanvar ayında Azərbaycana ümumilikdə 469 ədəd avtomobil idxal olunub.
Oxu.Az-ın məlumatına görə, APA Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 32 ədəd və ya 6,82% çoxdur.
Ölkəyə gətirilən avtomobillərin 3 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 420 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri, 41 ədədi yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 5 ədədi isə xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələridir.
U.A.
www.oxu.az