Azərbaycan şahmat tarixində beş yaşlı uşaq yeni rekord təyin edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə, idarənin tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.
P.Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb. O, diplom və mükafatla təltif edilib.
Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması altı yaşlı uşaq tərəfindən yerinə yetirilib.
Zülfiyyə Qurbanova