Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində qayınata və gəlin ölüb.
Oxu.Az xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, “VAZ 2106”, “VAZ 2107” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü İslam İsmayılov və 39 yaşlı gəlini Səadət İsmayılova hadisə yerində dünyasını dəyişib.
Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından bildirilib ki, hadisə yerinə çağırılan həkim briqadası qəzada xəsarət alan bir nəfəri, “Mitsubishi” markalı avtomobilinin sürücüsü, Yevlax rayon Aşağı Bucaq kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədov Vəliyəddin Əhməd oğlu xəstəxanaya çatdırıb.
V.Əhmədovun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
11:10
Bakı-Qazax magistralında ağır yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, magistralın 267-ci kilometrliyində - Yevlax rayonu ərazisində “VAZ 2106”, “Mitsubishi” və “VAZ 2107” markalı 3 minik avtomobili toqquşub.
Zəncirvarı qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü İsmayılov İslam Məmməd oğlu və sərnişini, 1977-ci il təvəllüdlü İsmayılova Səadət Telman qızı vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
E.Ə.
www.oxu.az