Bu gün Zığ yolunda baş verən dəhşətli qəzanın videosu yayılıb.
Oxu.Az “Qafqazinfo”nun verdiyi xəbərə görə, 3 nəfərin yanaraq öldüyü “10 AX 002” nömrəli “VAZ-2104” (ilkin məlumatda “VAZ-2107” kimi təqdim olunub – red.) markalı avtomobilin alışmasını oradan keçən sürücülər videoya çəkiblər.
İlkin ehtimala görə, avtomaşının yanmasına benzin çəninin deşilməsi səbəb olub. Yanğınsöndürən maşınlar gələnə kimi ətrafda toplanan sürücülərin heç birinin avtomaşınında yanğın əleyhinə maddə olmadığı üçün bir köməklik edə bilməyiblər.
E.Ə.
www.oxu.az