Bu gün səhər saat 07:45-dən 09:50 radələrinə qədər Bakının Zabrat-Sabunçu yolu istiqamətində böyük tıxac yaranıb.
Oxu.Az milli.az-a istinadən xəbər verir ki, "Zabrat 1"-dən Sabunçu dairəsinə qədər uzanan tıxacın hansı səbəbdən yarandığı hələlik məlum deyil.
Sərnişinlər məcburiyyətdən "Koroğlu" metrostansiyasına qədər olan məsafəni Heydər Əliyev prospekti ilə piyada getməli olublar.
***
09:36
Zabrat qəsəbəsindən paytaxta girişdə böyük tıxac yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya tıxacda qalan sərnişinlər məlumat verib. Xəbərdə bildirilir ki, təxminən 1 saata yaxındır yolda hərəkət tam dayanıb. Sabunçu dairəsindən başlayan tıxacın uzunluğu Zabrata qədər davam edir.
Həmçinin Dərnəgül yolu, Sumqayıt yolu və Qara Qarayev metrostansiyasının ətrafında da hərəkətin dayandığı, böyük tıxacın yarandığı bildirilir.