Bu il iyunun 8-də Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 3 gündən sonra o, xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının 39 yaşlı Mahizarova Tahirə Davud qızı olduğunu göstərib.
Həmin qadınını xarakterik əlamətləri belədir: orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

E.Ə.
www.oxu.az