Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yeni yol nişanları quraşdırılıb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Yol Polisi İdarəsindən bildiriblər.
“Təzə bazar”dan S.Vurğun küçəsi ilə aşağı istiqamətdə hərəkət edən avtomobillərə bu kəsişmədə iki sağ zolaqdan sağa dönməyə (Füzuli küçəsinə, “Beşmərtəbə” istiqamətində) icazə verilir, iki sol zolaqdan hərəkət düz istiqamətdədir (Heydər Əliyev Sarayına doğru).
Sürücülərə hərəkət zamanı bunu nəzər almaq tövsiyə edilir.
Qeyd edək ki, keçmiş 4 saylı xəstəxananın yanında yol polisi patrulları növbə çəkirlər. Onlar bu ərazidə hərəkətdə edilən dəyişikliklərdən xəbərdar olmayan sürücüləri cərimə edirlər.
A.M.
www.oxu.az