Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Batmış gəmilərin qalıqları saatlı bombadır: Problem nədir?
Okeanların və dənizlərin dibində iki dünya müharibəsindən sonra qalan 8 500-dən çox batmış gəmi var.
Oxu.Az xəbər verir ki, bu barədə "ScienceAlert" yazır.
Onlar yüz milyonlarla ton neft, döyüş sursatı, zəhərli ağır metallar və hətta kimyəvi silahlar daşıyırlar. Uzun onilliklər ərzində batmış gəmilərin strukturları dağılır və zəhərli maddələrin dəniz mühitinə düşməsi ehtimalı artır. İqlim dəyişikliyi okeanın çirklənməsi riskini artırır, çünki suyun temperaturunun yüksəlməsi gəmilərin məhv olmasını sürətləndirir.
Bu təhlükə təkcə dənizlər və okeanlarda yaşayan canlılar üçün deyil, yaxınlıqda yaşayan insanlar üçün də aktualdır.
Alimlərin fikrincə, batmış gəmilərin problemi ilə bağlı gec olmadan tədbir görülməlidir.
"Gəmi qəzası" teqi üzrə xəbərlər
- Tunis sahillərində iki qayıq aşdı: Azı 27 nəfər həlak oldu
- Norveçlilər batan gəmidəki rusiyalı dənizçiləri xilasdan imtina ediblər
- Portuqaliya sahillərində inanılmaz tapıntı - Qızıl və gümüş yüklü 250 gəmi
- Rusiyada "Volqoneft-212" və "Volqoneft-239" tankerlərinin kapitanları həbs edildilər
- Hindistanda bərə ilə kater toqquşdu: Onlarla ölü və yaralı var