“Bakınını Səbail rayonu ərazisində, Bayıldan Bibiheybət məscidi istiqamətində hərəkət edərkən sola dönmək üçün icazə xətti həmin ərazidə bir sıra idarələrin olması səbəbindən çəkilib”.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a “Siqnal” İdarəsinin texniki şöbəsinin rəisi Şahin Həsənov bildirib.
Onun sözlərinə görə sözügedən ərazidə qırıq xətlər 2015-ci ildən mövcuddur. Bu ərazidə dönmək Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə təsdiqlənib.
Qeyd edək ki, həmin şosedə yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün sürət həddi 60 km/saat müəyyən edilib, bundan əlavə, radar nişanı da qoyulub.
E.Ə.
www.oxu.az