“Güclü küləyin illərlə fırtınalara tab gətirmiş estakadanı dağıda bilməsi heç kimin ağlına gəlməzdi”.
Oxu.Az xəbər verir ki, bu sözləri BakiPost.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Xəzərdə bu gün baş verən faciəyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hadisəyə səbəb təbii şəraitdir:
“Çox sərt küləyin nəticəsində estakada sıradan çıxıb. Neçə illərin estakadasıdır. O estakadaları da dəyişmək, yeniləmək özü böyük bir məsrəf tələb edən məsələdir. Çox güman ki, bundan sonrakı mərhələdə modernləşməyə başlanılacaq. Ümid edək ki, indi itkin düşənlərin tapılması tezləşəcək.”
Deputat bildirib ki, təbii hadisələr zamanı baş verən hadisələrin qarşısını almaq müəyyən problemlər yaradır:
“Fırtına zamanı iş şəraitində hadisə baş verəndə bu, tamamilə texniki təhlükəsizliyə əməl etməmək kimi qiymətləndirilə bilərdi. Amma neftçilərin istirahət etdiyi saatlarda hadisənin baş verməsi qəza kimi qiymətləndirilə bilər. Çünki heç kim gözləməzdi ki, güclü külək illərdir güclü fırtınalara dözən estakadanı dağıtsın”.
E.Ə.
www.oxu.az