Paisley Morrison-Johnson adlı körpə il yarım bundan öncə dünyaya gələndə hər kəsi şoka salmışdı. Çünki uşağın dili ağzından iki dəfə böyük idi. Hətta o qədər böyük idi ki, doğulduqdan sonra boğulma təhlükəsi yaşayırdı.
Oxu.Az-ın aile.lent.az-a istinadən məlumatına görə, həkimlər uşağa “Beckwith Wiedemann” sindromu diaqnozu qoyublar. Bu, 14 mində bir rast gəlinən nadir xəstəlikdir. Dili çox böyük olduğuna görə, körpənin qidalanması da olduqca çətin idi. Buna görə də 6 ayına qədər mədəsinə yerləşdirilmiş xüsusi balonla qidalanıb.
Anası Madison deyir ki, uşağın dili o qədər böyük və qalın olub ki, davamlı dilini çiynəyirmiş. Doğulduğu zaman həkimlər dilinin onu boğmasından qorxub. Boğulma təhlükəsi sovuşduqdan sonra uşaq ilk həftəsində oksigen balonunun köməkliyi ilə nəfəs alıb.
Bundan sonra ailə körpənin dilinin kəsilməsinə qərar verib. Ancaq əməliyyatdan sonra dili böyüməyə davam edib. Paisley 6 ayından sonra yenidən əməliyyat olunub.
İndi 16 aylıq olan körpə ilk sözlərini söyləməyə başlayıb. Bundan sonra o, dili ağzından çıxmadan gülümsəyə biləcək.
A.S.
www.oxu.az