Sarıkökü (zərdəçalı) daha çox yeməklərdə ədviyyat kimi istifadə edirik. Amma bu ədviyyatın başqa istifadə qaydası da var. Sən demə, sarıköklə dişləri ağartmaq da olarmış.
Oxu.Az-ın Aile.lent.az-a istinadla məlumatına görə, sarıkök uzun müddət Yaxın Şərqdə təbii diş ağardıcısı olaraq istifadə olunub.
Antibakterial, təbii diş ağardıcısı axtarırsınızsa, sarıkökdən yararlanın:
1 çay qaşığı sarıkök tozu;
1 çay qaşığı hindqozu yağı (apteklərdən ala bilərsiniz).
Bunları yaxşıca qarışdırıb səhər, günorta və axşam dişlərinizi mütəmadi olaraq fırçalayın. Gündən-günə dişlərinizin rənginin açıldığını görəcəksiniz.
A.S.
www.oxu.az