Hindistanın Meqhalaya ştatında yerləşən Çerrapunci şəhəri dünyanın ən yağışlı bölgəsi hesab olunur.
Oxu.Az xəbər verir ki, burada yağıntının illik miqdarı 11 min mm təşkil edir. Buna səbəb Hind okeanından əsən rütubətli musson küləklərinin Himalay dağları tərəfindən qarşısının alınmasıdır. Yüksək rütubət və yağış fasiləsiz davam edir. Demək olar ki, burada günəş işığı görünmür.
Bu xüsusiyyəti sayəsində şəhər özünə xeyli turist cəlb etməyi bacarır.
Aytən Sadıqzadə
www.oxu.az