Atılmış zavodun ərazisində yerləşən Hot Tub Movie Club gecə klubu böyük ekranda filmlərin izlənilməsi imkanlarını cakuzi, bar və striptizlə birləşdirir ki, bu da Amsterdamın ruhuna çox yaxındır.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, bu yerin konsepsiyasını 27 yaşlı Yupu Verbuntu Londonda analoji formatlı istirahət mərkəzini ziyarət etdikdən sonra düşünüb tapıb.
İlk aylar göstərdi ki, Hot Tub Movie Club xüsusilə də qadınların arasında çox populyardır.