Dünyanın ən yüksək zirvəsi olan Everestin hündürlüyü yenidən ölçüləcək.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, yüksəkliyin 2015-ci ildə Nepalda baş verən zəlzələdən sonra dəyişdiyi iddia olunur. Bəzi alimlər dağın yüksəkliyinin azaldığını deyir.
Daha əvvəl də zəlzələdən sonra Himalay dağlarının 1 metr alçaldığı deyilmişdi.
Qeyd edək ki, ən yüksək zirvənin hündürlüyü 8844,43 metrdir.
A.S.
www.oxu.az