Yaponiya gözəl və əsrarəngiz ölkədir, amma bir çoxları bu ölkə və onun mədəniyyəti haqqında çox az şey bilirlər.

1. Yaponiyada çiy at ətini yemək normaldır.
Çoxlarımızı at ətini soyuq və çiy yemək fikri diksindirir. Amma Yaponiyada çiy at əti basaşi adlanır və delikates hesab edilərək bir çox restoranlarda təqdim edilir. Bu, heç də yenilik deyil – yaponlar çiy at ətini bir neçə onilliklər ərzində yeyirlər.
Basaşi donuz və mal ətindən xeyirlidir, bağırsaq çöpünə bulaşmaq riski isə daha azdır. At əti zülal və linol turşusu ilə zəngindir, eyni zamanda kolorisi çox azdır. Bundan başqa at əti ömrü uzadır. 2013-cü ildə dərc edilmiş demoqrafik məlumata görə, Yaponiyada ən çox Naqano prefekturasının sakinləri yaşayır: orta yaş həddi 80,88 kişilərdə, 87,18 qadınlarda. Onların sirri – at əti yeyirlər.

2. İl ərzində 1500 zəlzələ.
Yaponiya çox gözəl və eyni zamanda da çox təhlükəli ölkədir. Cinayətkarlığın yüksək göstəricisinə görə deyil, əgər bu baxımdan yanaşsaq, Yaponiya dünyada ən təhlükəsiz ölkələrdən olur. İş ondadır ki, bu ölkə dünyanın ən seysmotəhlükəli rayonlarından biridir.
Yaponiyada il ərzində 1500 zəlzələ baş verir. Xoşbəxtlikdən onların çoxu sadəcə kiçik yeraltı təkanlardır, amma dəhşətli dağıdıcı zəlzələlər də olur. Keçmişdə bu, hətta minlərlə insanın məhv olmasına və milyardlarla dollar ziyana səbəb olub.
Əsas amil – Yaponiyanın coğrafi mövqeyidir: ölkə dörd nəhəng tektonik plitələrin qovşağında yerləşir, plitələr tərpənən zaman zəlzələ baş verir. 2011-ci ildə çox fəal şəkildə hərəkət etməyə başladılar, bu isə faciəyə gətirib çıxardı.
Yaponiyanın tarixi boyu ən güclü və dağıdıcı zəlzələ Toxoku adlanır, onun maqnitudası 9,0 bal olub. Buna baxmayaraq Toxoku 1923-cü ildə baş verən və 142 800 insanın həlak olması ilə nəticələnən 7,9 bal gücündə Kanto zəlzələsi ilə müqayisədə elə də dağıdıcı sayılmır.

3. Yaponiya satış avtomatları ölkəsidir.
Yaponlar satış avtomatlarını sevirlər – bütün ölkədə 5520 müxtəlif növ satış avtomatı var. Uzun illər boyu bu maşınlar mükəmməlləşdiriliblər, onlardan bəziləri çox rahatdırlar, bəziləri isə həddən artıq qəribə.
Bir çox ölkələrdə satış aparatlarında adətən yüngül qəlyanaltılar: çips, konfet, qazlı içkilər satılır. Amma yaponlar innovasiyalara və qeyri-adiliyə olan sevgilərini satış avtomatlarının praktikliyi ilə birləşdirirlər.
Yaponiyada satış avtomatlarından: təzə yumurta, düyü, gül dəstəsi, tualet kağızı, prezervativ, çətir, diri balıq, porno jurnal belə almaq mümkündür. Qeyri-adidir, amma çox rahatdır.

4. Yaponiyada əriştə və ya şorba içərkən ağzını marçıldatmaq normal haldır.
Qərb aləmində yemək heç bir əlavə səs çıxartmadan yeyilir, - ağzı marçıldatmaq və ya sulu xörəyi səslə sümürmək çox kobud hərəkət hesab edilir. Amma Yaponiyada tam əksinə - ağzını marçıldatmaq çox normaldır, hətta cəmiyyət içində belə.
Yaponlar isti şorba və ya əriştə yeyirlərsə onlar özlərini qərb insanının heç vaxt qəbul etməyəcəyi tərzdə aparırlar. Niyə? Çünki belə davranış Yaponiyada razılıq və təşəkkür əlaməti hesab edilir. Bu şorbanı və ya əriştəni həddən artıq çox bəyəndiyinizi ifadə edir. Başqa sözlə desək, bu aşpaza əməyi üçün tərif hesab edilir.

5. Yaponiyada beysbolu çox sevirlər.
Yaponiyada milli idman növü sumodur, ən sevimli və populyar isə yakiu adlandırdıqları beysboldur. Onu Yaponiyaya ameriaklı Horas Uilson adlı idmançı gətirib: 1873-cü ildə Tokio Universitetində Uilsonun başçılığı altında birinci besbol matçı keçirilib, elə o gündən də yakiu Yaponiyada ən sevilən komanda idman növünə çevrilib.
Yaponiyada iki peşəkar beysbol liqası mövcuddur: Sakit okean və Mərkəzi. Bütün ölkənin orta məktəbləri və universitetlərində oynayırlar. Məktəb komandalarının iştirakı ilə keçirilən oyunlar tez-tez televiziya ilə translyasiya edilir.

6. Yaponiyada intiharların sayı çox yüksəkdir.
Yaponiya maraqlı tarixi və parlaq mədəniyyəti olan zəngin ölkədir. O, çox əsrarəngizdir. O, müasir intizamlı, əməksevər və hərtərəfli uğurlu bir millətin evidir. Amma göründüyü qədər də gözəl deyil: Yaponiyada intiharların sayı yüksəkdir. Hər il 30 000 kişi və qadın intihar edir: statistikaya görə 100 000 yapon vətəndaşından 24,4 nəfər intihar edə bilərlər.
Yaponiyada intihar ciddi problemdir: 15-34 yaş arası qadınlarda və 20-44 yaş arası kişilərdə ölümlərin əsas səbəbi məhz intihardır.
Belə zəngin ölkədə bunun baş vermə səbəbi nədir? Yaponiyada işsizlik böyük problemlərdəndir. İşsiz qalan əməkdaşlar çox vaxt özlərinə qəsd edirlər. Ən kədərlisi isə odur ki, işlə bağlı problem üzündən intihar edənlərin çoxu gənclərdir. İntiharın digər problemləri maliyyə və depressiyadır.

7. Yaponiyada ailə üzvləri çimmək üçün eyni sudan istifadə edə bilər.
Yaponlar üçün vanna qəbul etmək, çimmək üsulu olmaqdan başqa eləcə də əqli, cismi və ruhu rahatlatmağın effektiv yoludur. Ona görə də yaponlar axşamlar isti vanna qəbul edir və qaynar bulaqlara gedirlər. Qərb dünyasından fərqli olaraq yaponlar çimmək üçün eyni sudan istifadə edə bilərlər. Amma onlar vannanı eyni anda qəbul etmirlər: əvvəl ata, sonra ana, sonra isə uşaqlar çimir.
Yaponların demək olar ki, bütün evlərində vanna var, amma yaponlar vannadan çimməkdən çox rahatlanmaq üçün istifadə edirlər. Əlbəttə yaponlar gigiyena qaydalarına əməl edirlər, onlar vannaya çimdikdən sonra rahatlanmaq üçün girirlər.
Onlar başqa suda çimdikləri üçün vannada olan qaynar su təmiz qalır, ona görə də ondan bütün ailə istifadə edə bilər. Maraqlıdır ki, əgər evdə qonaq varsa vannaya birinci girmək şərəfi ona nail olur.

8. Yaponiyada küçələrin çoxunun adı yoxdur.
Bəli, məhz belədir. Bəs yaponlar öz şəhərlərində adsız küçələrində necə baş çıxarırlar? Sadəcə orda özünəməxsus ünvan sistemi var, küçə adları yerinə kvartal nömrələri mövcuddur.
Hər kvartala unikal nömrə verilir – bu rəqəm də ünvan kimi istifadə edilir. Bloklar arasındakı küçələr isə adsız qalır. Yaponiyada “Mən birinci blokda yaşayıram” və ya “Mən 13-cü blokda işləyirəm” deyilir.
Qərb sisteminə alışmış adamlara bu bir az qarışıq və qeyri-effektiv gələ bilər, amma bu, belə deyil. Bu sistemə alışmaq çox asandır, istifadəsi də asandır, lazımi rayonu da tez tapmaq mümkündür.
Məsələn, əgər axtardığınız restoran Tokioda 12-ci kvartaldadırsa, o zaman xəritəni götürüb 12-ci kvartalı tapmaq lazımdır. Vəssalam, hara getmək lazım olduğunu tapdınız. Bundan başqa kvartalın nömrəsini xəritədəki yerlə uyğunlaşdırmaq və marşrutu yadda saxlamaq daha asandır, nəinki küçələrin adlarını.

9. Yaponiyada bəlli yaşı olan kişiləri oğulluğa götürmək normaldır.
Qərb ölkələrindən olan cütlüklər adətən körpələri və ya azyaşlı uşaqları övladlığa götürürlər. Müxtəlif səbəblər ola bilər: sonsuzluq və ya dostluq münasibətləri. Amma Yaponiyada hər şey fərqlidir: bir çox zəngin yapon ailələri üçün bəlli yaşı olan kişiləri himayədarlığa götürmək normal haldır.
Niyə? İki səbəb var. Birincisi, bu kişi nəslin davamçısı olacaq. Yaponiya bir çox digər ölkələr kimi patriarxal cəmiyyətdir və soyad kişi cinsinin nümayəndələrinə keçir. Yalnız qız övladları olan ailələr nəslin dava etməsi üçün ailəyə gənc kişini övladlıq etmə məsələsini müzakirə edə bilərlər.
İkincisi isə gənc kişi ailə üçün əlavə gəlir mənbəyi təmin edə və ya biznesdə yardım edə bilər. Belə təcrübə iri şirkətləri olan ölkələrdə çox yayılıb.
Gənc kişilər ailə biznesini miras götürərək idarə edə bilərlər. Hətta ailədə mirasa namizəd olduğu halda, ata onların işlərin idarəsində yararsız olduğunu gördüyü halda ailəyə yaxşı bir idarəçi qəbul edə bilər.