Sosial şəbəkədə eniş zamanı uçuş zolağından çıxan təyyarənin videosu böyük maraqla qarşılanıb.
Pilotun kabinəsindən çəkilən görüntülər “Breaking Aviation News”un “Twitter” hesabında paylaşılıb.
Nailed it 😂🛬 pic.twitter.com/Tr4yGjdCVE
— Breaking Aviation News & Videos (@breakingavnews) October 18, 2020
Kadrlarda hava gəmisinin tədricən endiyi, ancaq yerlə təmasdan sonra kəskin şəkildə döndüyü görünür.
Video “Uğurla başa çıxdım” ironik şərhi ilə paylaşılıb.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəziləri pilotu səriştəsizlikdə ittiham etsə də, digərləri bunun hər kəsin başına gələ biləcəyini deyiblər.