Yeni Gəncə qəsəbəsində Nizami prospekti ilə şəhər istiqamətinə daxil olan sürücü “Honda” markalı avtomobili adıçəkilən prospektlə 28 may küçəsində yol ayrıcındakı dairəyə çırpılıb.
Oxu.Az-ın ARB TV-yə istinadən məlumatına görə, qəzadan öncə Sərdar Məmmədov Məhsəti qəsəbəsində qohumu Azər Ələsgərov tərəfindən şəxsi münasibətlər zəminində bıçaqlanıb.
Hadisə zamanı Azər Ələsgərov və qohumu Ramin Rəhimov da, yüngül bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verməsi aydınlaşdırılır.
S.B.
www.oxu.az