Bakı-Qazax magistral yolunda piyadanı avtomobil vurub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini 2001-ci il təvəllüdlü Babayev Rəşad Eldəniz oğlu yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub. 16 yaşlı yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
S.B.
www.oxu.az