Gəncədə avtomobil yanıb.
Oxu.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Süleyman Rəhimov küçəsində baş verib.
Gəncə şəhər sakini 23 yaşlı Rəşad Quliyevin idarə etdiyi “Oka” markalı avtomobil qəfildən alışıb.
Sürücü dərhal avtomobili tərk edib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, alovun qarşısı alınıb.
Xəsarət alan olmasa da, avtomobil tamamilə yararsız hala düşüb.
S.B.
www.oxu.az