İngiltərə maraqlı bir yeniliyə imza atıb.
Oxu.Az ingilis mətbuatına istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda itlər üçün tur avtobusu fəaliyyətə başlayıb. “K9” adını alan bu avtobus itləri Londonun görməli yerlərinə aparır. Avtobusun marşrutu Hayd park, Qrin park, Lordlar palatası, Bakinqam sarayı, Kensinqton bağları və digər məhşur yerlərdən keçir.
Marşrutun ümumi müddəti 90 dəqiqə çəkir.
İsmayıl Nur