Sosial şəbəkələrdə İranda çəkilmiş maraqlı video paylaşılıb.
Oxu.Az-ın xəbərinə görə, görüntülərdən məlum olur ki, XX əsrdə İranda qadağalar olsa da, bəzi gənclər bu qadağaları açıq şəkildə pozublar.
Videoda üç gənc hicablı xanımların qarşısında “breyk dacne” oynayırlar. Hicablı qadınlar isə bunu müsbət qarşılayır və oğlanların rəqsini çox maraqla izləməyə başlayırlar.
Qeyd edək ki, bir müddət öncə Farel Uilyamsın “Happy” mahnısına rəqs edərək klip çəkdirən 6 iranlı gənc cəzalanmışdı. Lakin buna baxmayaraq qonşularımızın zəngin ailələri dəbdəbəli həyat yaşayır, əylənir və buna görə heç bir cəza almır.
E.Ə.
www.oxu.az